--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:59 1080 baxış

Elm və təhsil naziri sentyabrın 18-də Yardımlıda üç rayonun sakinləri ilə görüşəcək

Elpress.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.Elm və Təhsil Nazirliyinin məlumatına görə, qəbulda Yardımlı ilə yanaşı, Masallı və Cəlilabad rayonlarının sakinləri də iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar sentyabrın 8-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəsi ilə əlaqə saxlamalıdırlar. Müraciətlər yalnız iş günləri və iş saatlarında qəbul edilir.Vətəndaşlar həmçinin nazirliyin rəsmi internet səhifəsindəki elektron müraciət bölməsi vasitəsilə və ya “WhatsApp” üzərindən müəyyən edilmiş əlaqə nömrəsinə müraciət göndərməklə qeydiyyatdan keçə bilərlər.Nazirlə görüşdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Akvakultura təsərrüfatları üçün dövlət rüsumu müəyyənləşib

Next Article

“Sabah” klubuna 5 milyon manat ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:13 1056 baxış Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası əlaqələrin qurulması istiqamətində addımlar atır Elpress.az xəbər verir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində irəliləyiş əldə […]

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1082 baxış Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan […]

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1086 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]