--:--:-- | 07 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 8 baxış

Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir

Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə “We are the Future” adlı xüsusi konsert proqramı təqdim olunub. Gecədə istedadlı gənc ifaçılar Türkiyə–Azərbaycan təmsilçisi, dirijor Valid Ağayevin rəhbərliyi ilə kamera orkestrinin müşayiəti altında çıxış edərək tamaşaçılara yaddaqalan musiqi anları yaşadıblar.Konsertdən sonra çıxış edən Valid Ağayev layihənin festival üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, “We are the Future” yalnız bir konsert proqramı deyil, gələcəyin peşəkar musiqiçilərinin yetişməsinə xidmət edən mühüm platformadır.Dirijor bildirib ki, festivalın ən böyük qüruru məhz gənc istedadlara geniş səhnədə öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmasıdır. O qeyd edib ki, layihədə iştirak edən bəzi musiqiçilər artıq bir neçə ildir festivalın daimi iştirakçılarıdır və onların ildən-ilə inkişafını izləmək böyük məmnunluq doğurur.Valid Ağayev xatırladıb ki, ötən il alətlərindən uzaqlaşacağını düşündüyü bəzi gənclər bu il yüksək peşəkarlıq nümayiş etdirərək onu xoş mənada təəccübləndiriblər. Onun fikrincə, belə dəyişikliklər gənclərin düzgün istiqamətləndirildiyini və layihənin öz məqsədinə çatdığını göstərir.Maestro vurğulayıb ki, gənc ifaçıların beynəlxalq festivallar çərçivəsində böyük səhnəyə çıxması onların gələcək karyerası baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, konsert təcrübəsinin azlığı bir çox istedadlı musiqiçinin potensialını tam nümayiş etdirməsinə mane olur və səhnə həyəcanı onların çıxışına ciddi təsir göstərir.Qeyd edək ki, “Shahin Novrasli Festival-2026” iyulun 2-dən 12-dək Bakıda keçirilir. Festival çərçivəsində on ölkədən olan musiqiçilərin iştirakı ilə müxtəlif janrları əhatə edən konsert proqramları, festival yarmarkası, gündəlik DJ setləri və cem-sessiyalar təşkil olunur. Bu tədbirlər paytaxt sakinləri və şəhərin qonaqlarına zəngin musiqi atmosferi təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Next Article

Həmyerlisini maşınla vuraraq öldürdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 12 baxış “Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri […]

“Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib

Aysel Əlibəyli 23 İyun 2026 · 14:03 44 baxış İyunun 23-də Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi […]