--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Həmyerlisini maşınla vuraraq öldürdü

Aysel Əlibəyli 07 İyul 2026 · 22:27 1094 baxış

Qısqanclıq iddiası ilə başlayan münaqişə faciə ilə bitdi: Avtomobillə həmyerlisinin üzərindən dəfələrlə keçdi

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır hadisə baş verib. İlkin məlumata görə, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.Bildirilir ki, ilkin toqquşmadan sonra sürücü avtomobili yenidən zərərçəkənin üzərinə sürərək onun üzərindən bir neçə dəfə keçib. Nəticədə Azər Şahmuradov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.Hadisə şahidlərinin və mərhumun yaxınlarının iddiasına görə, tərəflər arasında uzun müddətdir şəxsi ədavət mövcud olub. Onların sözlərinə əsasən, münaqişənin qısqanclıq zəminində yarandığı iddia edilir. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.Baş verən hadisənin anbaan qeydə alındığı görüntülərin olduğu bildirilsə də, onların həssas məzmun daşıdığı nəzərə alınaraq ictimaiyyətə təqdim edilmədiyi qeyd olunur.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə araşdırma aparılır. Hadisənin bütün səbəbləri və təfərrüatları istintaq çərçivəsində müəyyən ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Next Article

Liftdə zorakılığa məruz qalan autizmli uşağın anası ilk dəfə danışdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Binəqədidə obyekt yanır

Aysel Əlibəyli 27 İyul 2026 · 12:23 1072 baxış Binəqədidə baş verən yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir Elpress.az xəbər verir ki, Paytaxtın Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə […]

Traktoru geriyə sürərkən anasının ölümünə səbəb oldu

Aysel Əlibəyli 19 May 2026 · 10:59 1138 baxış Ucarda oğul traktoru ilə anasını vuraraq ölümünə səbəb olub Elpress.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Ucar rayonunda ölümlə nəticələnən iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdən […]

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Aysel Əlibəyli 28 İyun 2026 · 14:35 1163 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Ağdərə rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, “Mercedes” markalı […]