--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1142 baxış

Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı

Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə Ermənistanın İstintaq Komitəsi rəsmi məlumat yayıb.Məlumata əsasən, Tsarukyan dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə təqsirləndirilir. İstintaq orqanlarının bildirdiyinə görə, cinayət işi çərçivəsində onun barəsində irəli sürülən ittihamlarla bağlı araşdırmalar davam etdirilir.Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Qaqik Tsarukyanın yaşadığı ünvanda axtarış aparmışdı. Həmin əməliyyatdan sonra onun barəsində məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat göndərilmişdi.Məhkəmənin qərarına əsasən, Qaqik Tsarukyan istintaq müddətində iki ay həbsdə saxlanılacaq. Cinayət işi üzrə araşdırmalar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevirdə faciə: 24 yaşlı gənc su anbarında boğuldu

Next Article

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

HƏMAS rəhbərindən ilk çağırış

Aysel Əlibəyli 23 İyul 2026 · 01:45 1072 baxış HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə ilk çıxışında bütün Fələstin siyasi qruplarını milli birlik və dialoqa çağırıb. Elpress.az xəbər verir ki, o, Fələstin xalqının birliyinin […]

ABŞ Ermənistana hərbi maliyyələşməni artırıb

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:19 1082 baxış 2024-cü ildə İrəvana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayrılıb Elpress.az xəbər verir ki, ABŞ-ın Ermənistana hərbi məqsədlər üçün ayırdığı vəsaitin həcmi 2024-cü maliyyə […]