--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1192 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə start verib.

Elpress.az xəbər verir ki, qeydiyyat DİM-in müvafiq internet səhifəsi vasitəsilə elektron qaydada aparılır.Məlumata görə, təsviri sənət, teatr, kino və xoreoqrafiya, eləcə də musiqi sənəti istiqamətləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 18–29 iyun tarixlərində qeydiyyatdan keçə bilərlər.Qeyd edilib ki, iştirakçılar yalnız bir istiqamət üzrə müraciət edə bilərlər. İmtahanlarda iştirak üçün buraxılış imtahanının I mərhələsində 50 və daha yüksək bal toplayan abituriyentlər qeydiyyat hüququ qazanırlar.“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”nin çap olunacağı tarixlər barədə məlumat DİM-in rəsmi saytında açıqlanacaq. Sənəddə imtahanın tarixi, vaxtı və keçiriləcəyi ünvan qeyd olunacaq.Xatırladaq ki, xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlı ətraflı məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda təkafulun tətbiqi genişlənir

Next Article

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Suraxanı gimnaziyasına çoxdilli kitabxana hədiyyə edilib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:37 1100 baxış Neft şirkəti məktəbə altı dildə 300-dən çox Azərbaycan və dünya klassikinin əsərlərini təqdim edib Elpress.az xəbər verir ki, Yeni tədris ili münasibətilə “Surakhani Oil” hasilat şirkəti […]

Əli Hacı dan yeni şeir

Elşən 24 İyun 2026 · 08:51 1288 baxış Ağlayan göy üzü var,Göz yaşın saxlayan yer!Tanrının əli səndə,Göz yaşlarına əl ver! Üstünü ört soyuğun,İstin olsun yavanlığı!Dili ol qaranlığın,Çıxıb getməyə yol ver! Ah çək,yel ovutmağaQəm çək,el ovutmağa!Arx […]

İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 14:18 1184 baxış Azərbaycanın tanınmış rəssamı Fərhad Xəlilov 80 illik yubileyi ərəfəsində ölkənin ali dövlət təltiflərindən biri ilə mükafatlandırılıb. Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev Xalq […]

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:28 1132 baxış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair Çingiz Əlioğlu vəfat edib. Elpress.az xəbər verir ki, şairin vəfatı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbər ədəbiyyat və […]