--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dram Teatrı yeni mövsümə böyük planlar və yeni layihələrlə hazırlaşır

Aysel Əlibəyli 09 İyul 2026 · 12:55 1176 baxış

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümdə tamaşaçılarını bir sıra maraqlı layihələr və səhnə əsərləri ilə sevindirməyi planlaşdırır.

Elpress.az xəbər verir ki, bunu teatrın direktoru İlham Əsgərov bildirib.Onun sözlərinə görə, kollektiv artıq yeni mövsümün hazırlıq prosesinə başlayıb. Repertuarın zənginləşdirilməsi, yeni tamaşaların hazırlanması və yaradıcı layihələrin həyata keçirilməsi əsas prioritetlər sırasında yer alır.

İlham Əsgərov qeyd edib ki, qarşıdakı mövsümdə həm klassik, həm də müasir dramaturgiya nümunələrinin səhnələşdirilməsi, eləcə də tamaşaçı auditoriyasının daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Teatr rəhbəri vurğulayıb ki, yeni mövsümün əsas məqsədi sənətsevərlərə yüksək səviyyəli tamaşalar təqdim etmək və Milli Dram Teatrının yaradıcılıq imkanlarını daha da inkişaf etdirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Next Article

Bakıdan 76 istiqamətə müntəzəm aviareyslər həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:29 1046 baxış Azərbaycanın Birinci vitse-prezidenti və qızı Madriddə keçirilən beynəlxalq sərgidə iştirak ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Leyla Əliyeva və qızı Arzu Əliyeva İspaniyanın paytaxtı […]

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Aysel Əlibəyli 07 İyul 2026 · 22:35 1100 baxış Mübahisələr yaradan dahi: Robert Haynlaynın əsərləri niyə etirazlarla qarşılaşırdı? Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Bu gün dünya elmi fantastika ədəbiyyatının ən nüfuzlu nümayəndələrindən biri, “ABŞ […]