--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Traktoru geriyə sürərkən anasının ölümünə səbəb oldu

Aysel Əlibəyli 19 May 2026 · 10:59 1126 baxış

Ucarda oğul traktoru ilə anasını vuraraq ölümünə səbəb olub

Elpress.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Ucar rayonunda ölümlə nəticələnən iki ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrdən biri rayonun Alpı kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Gündüz Faxrətov “Belarus” markalı traktoru geriyə hərəkət etdirərkən anası, 1959-cu il təvəllüdlü Adilə Abbasovanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.Digər faciəli qəza isə Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndindən keçən hissəsində baş verib. 46 yaşlı Seymur Səmədovu naməlum avtomobil vuraraq öldürüb. Piyada hadisə yerində dünyasını dəyişib, sürücü isə hadisə yerindən qaçıb.Hər iki fakt üzrə araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal diplomatiyadakı güclü rolunun növbəti təsdiqidir.

Next Article

Elçin Yusubov: Xankəndinin əhalisinin 80 min nəfərə çatacağı gözlənilir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzda ağır qəza: ölən və yaralananlar var

Aysel Əlibəyli 27 İyun 2026 · 20:59 1082 baxış Tovuzda dəhşətli yol qəzası: avtomobil aşıb, ölən və xəsarət alanlar var Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan […]

Bibiheybət yolunda motosiklet qəzası baş verib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:03 1036 baxış Təhlükəli manevr edən motosiklet sürücüsü qəza törədib, sərnişinin kaskasız olması diqqət çəkib Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunda motosiklet sürücüsünün təhlükəli manevri qəza ilə nəticələnib.Hadisə […]