ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan yeni razılaşmanın Arktikadakı təhlükəsizlik mühitinə təsir edəcəyi bildirilir.
Elpress.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada çıxışı zamanı deyib.
Rubionun sözlərinə görə, ötən ay tərəflər arasında əldə edilmiş razılaşma Arktikanın təhlükəsizlik baxımından mövqeyini dəyişə və NATO-nun ümumi müdafiə imkanlarını gücləndirə bilər.
Dövlət katibi qeyd edib ki, sənəd yalnız ABŞ, Danimarka və Qrenlandiyanın deyil, eyni zamanda Avropa və bütövlükdə NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Rubio bildirib ki, Vaşinqton ayrı-ayrı iştirakçıların imkanlarının birləşməsi nəticəsində daha güclü ittifaq formalaşdırmaq məqsədi daşıyır.


