--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

12 il əvvəlki qətldə təqsirləndirilən şəxslərə 15 il həbs istənilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:21 1056 baxış

Rusiyada törədildiyi bildirilən qətllə bağlı məhkəmədə dövlət ittihamçısı çıxış edib

Elpress.az xəbər verir ki, Rusiyada 2013-cü ildə törədildiyi bildirilən qətl hadisəsi ilə bağlı Azərbaycan vətəndaşları Elxan Xuduyev və Seymur Məmişovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.Məhkəmədə dövlət ittihamçısı çıxış edərək hər iki təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır. Növbəti məhkəmə iclasının sentyabrın 16-da keçirilməsi nəzərdə tutulur.İttihama əsasən, hadisə 2013-cü il iyunun 25-də Rusiyada baş verib. İstintaqın qənaətinə görə, Elxan Xuduyev və Seymur Məmişov əvvəlcədən əlbir olaraq Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürüblər. Bildirilir ki, qətl başqa ağır cinayətin gizlədilməsi məqsədilə törədilib.Cinayət işi 2024-cü ilin dekabrında Rusiya tərəfi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və araşdırmanın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.Toplanmış sübutlar əsasında bu il martın 5-də Xuduyev və Məmişov bir qrup şəxs tərəfindən və başqa cinayəti gizlətmək məqsədilə adam öldürməkdə ittiham olunaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.İstintaq orqanının vəsatəti əsasında hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisini qəbul edib

Next Article

Azərbaycanlı jurnalistlər druz şəhərinə səfər ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Aysel Əlibəyli 02 İyun 2026 · 09:21 1188 baxış Bakının Nərimanov rayonunda qatar yoluna çıxan kişi həlak olub. Elpress.az apa-ya istinadən verdiyi məlumata görə, Anar Quliyev qatar tərəfindən vurulub və aldığı ağır xəsarətlər nəticəsində hadisə […]

Həkəri çayında 77 gün əvvəl batan şəxsin meyiti tapılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:21 1090 baxış Zəngilanın Ağalı kəndində çayda batan 64 yaşlı kişinin cəsədi FHN xilasediciləri tərəfindən sudan çıxarılıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 4-də Həkəri çayının Zəngilan rayonunun […]

Naxçıvanda dörd avtomobil toqquşub, 5 nəfər yaralanıb

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 21:53 1026 baxış Naxçıvan şəhərində baş verən zəncirvari yol qəzasında beş nəfər xəsarət alıb. Elpress.az xəbər verir ki, hadisə Topçubaşov küçəsində “Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobilin toqquşması […]