--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Liftdə zorakılığa məruz qalan autizmli uşağın anası ilk dəfə danışdı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:32 1084 baxış

“Oğlum saatlarla danışa bilmədi” – Liftdə zorakılığa məruz qalan azyaşlının anası yaşadıqlarını açıqladı

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Nərimanov rayonunda liftdə autizmli azyaşlıya qarşı törədildiyi bildirilən fiziki zorakılıq hadisəsi ilə bağlı yeni detallar məlum olub. İctimaiyyətin böyük narahatlığına səbəb olan hadisədən sonra azyaşlının anası Fidan Abdulla baş verənlərlə bağlı açıqlama verib.Ana bildirib ki, hadisədən sonra 11 yaşlı övladı güclü psixoloji sarsıntı keçirib və bir neçə saat danışa bilməyib. Onun sözlərinə görə, uşaq yalnız bir müddət sonra liftdə naməlum şəxsin ona hücum etdiyini söyləyib.Fidan Abdulla qeyd edib ki, əvvəlcə övladını vuran şəxsin başqa bir uşaq olduğunu düşünüb. Lakin ertəsi gün yaşayış binasının müşahidə kameralarının görüntülərinə baxarkən hadisəni törədən şəxsin 29 yaşlı kişi olduğunu müəyyən edib.O bildirib ki, bundan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Ananın sözlərinə görə, polis qısa müddət ərzində həmin şəxsi saxlayıb. Bildirilib ki, o, sonradan ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.”Hadisə günü öyrəndim ki, bizim belə bir qonşumuz var”, – deyə Fidan Abdulla bildirib.Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir. Hadisənin bütün halları hüquqi qiymət verilməsi məqsədilə araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həmyerlisini maşınla vuraraq öldürdü

Next Article

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Traktor qəzasında bir nəfər öldü

Aysel Əlibəyli 27 İyul 2026 · 12:25 1076 baxış Ağcabədidə traktorun pilləkənindən yıxılan şəxs həyatını itirib Elpress.az xəbər verir ki, Ağcabədinin Qaraxanlı kəndində traktorun elektrik dirəyinə çırpılması nəticəsində bədbəxt hadisə baş verib. Traktorun pilləkənində dayanan […]

Cəbrayılda mina partlayışı: Bir nəfər xəsarət aldı

Aysel Əlibəyli 23 İyul 2026 · 22:17 1070 baxış İşğaldan azad olunmuş Cəbrayıl rayonunda mina hadisəsi qeydə alınıb. Elpress.az xəbər verir ki, hadisə rayonun Həsənli kəndi ərazisində baş verib. İlkin məlumata görə, 1979-cu il təvəllüdlü […]

Masazırda spirtli içki üstündə dava düşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 19:03 1058 baxış Elpress.az xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində mübahisə baş verib. Məlumata görə, spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə […]