--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ekspertiza sahəsində iş yükü 45 faiz artıb

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 00:03 1012 baxış

Azərbaycanda ekspertiza sahəsində icraata daxil olan işlərin sayında son illər ciddi artım qeydə alınıb.

Elpress.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov İTV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, son 4 il ərzində icraata daxil olan işlərin sayı təxminən 45 faiz artıb. Bu isə ekspertiza sahəsində dövlətin üzərinə düşən iş yükünün əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olub.

F.Əhmədov bildirib ki, işlərin sayındakı artım ekspert rəylərinin keyfiyyətinə və onların vaxtında təqdim edilməsinə də təsir göstərə bilər.

Nazir qeyd edib ki, mövcud yükün optimallaşdırılması məqsədilə özəl ekspertiza institutunun formalaşdırılması və özəl ekspertlərin fəaliyyətə başlaması üçün şəhadətləndirmə prosesinə başlanılıb. Hazırda proses davam edir.

Onun sözlərinə görə, təlim mərhələsini başa vuran şəxslər seçim prosesindən keçdikdən sonra özəl ekspert kimi fəaliyyət göstərə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur türk aktrisa saxlanılıb – evində axtarış aparılıb

Next Article

Rubio: Yeni razılaşma Arktikada təhlükəsizliyi gücləndirəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 22:08 1090 baxış Elpress.az xəbər verir ki, Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrində fəaliyyətə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Azərbaycan Yerüstü […]