--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Səhv AI hesabatı ABŞ ordusunu Çin gəmisi ilə bağlı əməliyyat hazırlamağa vadar edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:00 1084 baxış

Süni intellektin yanlış təhlili Vaşinqtonla Pekin arasında hərbi gərginlik riski yaradıb

Elpress.az xəbər verir ki, Süni intellekt sisteminin hazırladığı yanlış kəşfiyyat məlumatı ABŞ ordusunun Yaxın Şərqdə hərəkət edən Çin gəmisinə qarşı mümkün əməliyyat üçün hazırlıq görməsinə səbəb olub.Məlumata görə, İranla müharibə zamanı ABŞ hərbçilərinə Çin gəmisinin nüvə silahı proqramında istifadə olunan komponentləri daşıdığı barədə kəşfiyyat hesabatı təqdim edilib. Bu məlumat orduda ciddi narahatlıq yaradıb və gəminin ələ keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.Əməliyyatın icrasından əvvəl aparılan əlavə yoxlama zamanı hesabatın ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellekt çat-botunun köməyi ilə hazırlandığı müəyyənləşib. AI sistemi gəminin yükü ilə bağlı məlumatları yanlış təhlil edərək səhv nəticəyə gəlib və həmin nəticə əsasında hazırlanmış hesabat hərbi strukturlar daxilində yayılıb.Mənbələrin bildirdiyinə görə, hesabatdakı məlumatlar tamamilə yanlış olub. ABŞ hərbçilərinin Çin gəmisinə qarşı əməliyyat keçirməsi iki ölkə arasında ciddi hərbi qarşıdurma riskini artıra bilərdi.Hadisə hərbi və kəşfiyyat fəaliyyətində süni intellektdən istifadə zamanı məlumatların insan tərəfindən yoxlanılmasının əhəmiyyətini və texnologiyanın yaratdığı mümkün riskləri yenidən gündəmə gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident neft sənayesi işçilərini təltif edib

Next Article

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1189 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]

Zelenski: “Patriot” raketləri çatışmır

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:58 1102 baxış Zelenski: Rusiyanın atdığı 27 ballistik raketdən yalnız biri vurulub Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik raket hücumlarının qarşısının alınması üçün istifadə olunan […]

D’Artanyanın qalıqları ilə bağlı yeni iddia

Aysel Əlibəyli 02 İyul 2026 · 18:11 1142 baxış Niderlandda aparılan araşdırmalar zamanı məşhur fransız muşketyoru d’Artanyana aid olduğu ehtimal edilən skelet qalıqları yenidən müzakirə mövzusuna çevrilib. Elpress.az xəbər verir ki, Niderlandın Maastrixt şəhərində yerləşən […]

Zelenski Putinin 9 May atəşkəs təklifinə münasibət bildirdi

Elşən 30 Aprel 2026 · 13:23 1150 baxış Ukrayna Prezidenti Volodymyr Zelenskyy Rusiyanın lideri Vladimir Putin tərəfindən 9 May münasibətilə irəli sürülən atəşkəs təşəbbüsünə münasibət bildirib. Elpress.az – ın APA-a istinadən verdiyi məlumata əsasən, Zelenski […]