--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:03 1102 baxış

2030-cu ilədək 50-dən çox ağıllı şəhər tətbiqinin həyata keçirilməsi planlaşdırılır

Elpress.az xəbər verir ki, Türkiyədə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən hazırlanan “2030-cu il Milli Ağıllı Şəhərlər Strategiyası və Fəaliyyət Planı” rəsmi şəkildə qüvvəyə minib.Beşillik yol xəritəsini müəyyən edən sənəddə şəhər idarəçiliyi, nəqliyyat, tullantıların idarə olunması, iqlim dəyişikliyi və fəlakətlərin idarə edilməsi istiqamətlərində ən azı 50 ağıllı şəhər tətbiqinin reallaşdırılması nəzərdə tutulur. Strategiyada 4 əsas məqsəd, 8 hədəf, 32 fəaliyyət istiqaməti və 297 icra mərhələsi müəyyənləşdirilib.Plana əsasən, 2026-cı ilin sonunadək Türkiyənin 81 vilayətində ağıllı şəhər strategiyalarının hazırlanması və bələdiyyələrdə bununla bağlı xüsusi bölmələrin yaradılması planlaşdırılır.2028-ci ilədək ən azı 50 ağıllı şəhər tətbiqinin istifadəyə verilməsi, 2029-cu ilədək isə bütün vilayətlərdə nəqliyyat, ətraf mühit və digər şəhər xidmətlərinin vahid mərkəzdən idarə olunmasına imkan verən “Rəqəmsal Şəhər İdarəetmə Mərkəzləri”nin yaradılması nəzərdə tutulur.Strategiyada 2030-cu ilədək ağıllı şəhər texnologiyalarında yerli istehsalın payının ən azı 80 faizə çatdırılması, 500 innovativ şirkətə dəstək verilməsi və “Ağıllı Şəhərlər haqqında” qanunun qüvvəyə minməsi də hədəflənir.Sənəddə texnoloji imkanlardan istifadə etməklə erkən xəbərdarlıq və böhranların idarə olunması sistemlərinin inkişaf etdirilməsi də nəzərdə tutulub.Bundan əlavə, yaşlı insanların, əlilliyi olan şəxslərin və rəqəmsal xidmətlərə çıxışı məhdud qrupların xidmətlərdən istifadəsinin asanlaşdırılması planlaşdırılır. Türkiyənin ağıllı şəhərlərin qurulması sahəsində əldə etdiyi təcrübənin Türk Dövlətləri Təşkilatına üzv ölkələr və digər yaxın region dövlətləri ilə paylaşılması da strategiyanın əsas istiqamətlərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səhv AI hesabatı ABŞ ordusunu Çin gəmisi ilə bağlı əməliyyat hazırlamağa vadar edib

Next Article

Elçin Mirzəbəyli suverenlik və milli güc amilindən yazıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranla əlaqəli hakerlər Britaniyada elektrik stansiyasına hücum edib

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:00 1130 baxış Kiberhücum nəticəsində elektrik stansiyasının fəaliyyəti dörd gün dayanıb Elpress.az xəbər verir ki, İranla əlaqəli olduğu bildirilən hakerlər Böyük Britaniyada elektrik stansiyalarından birinə kiberhücum həyata keçirib. Hücum […]

Gürcüstan DTX-nin sabiq rəhbəri 13 il həbs cəzası alıb

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 21:57 1130 baxış Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinib Elpress.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan […]

Hakan Fidandan Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı açıqlama

Aysel Əlibəyli 16 İyul 2026 · 14:04 1138 baxış Türkiyə Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin hərbi-dəniz komponentini koordinasiya edəcək Elpress.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə […]