--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1177 baxış

Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.

Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Məlumata əsasən, hadisə zamanı dörd nəfər xilas edilib. Benqo polisinin nümayəndəsi Qaşpar Luis İnasio bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında olan kişilərdir.Şahidlərin sözlərinə görə, faciə təpədən qopan iri torpaq qatının şaxtanın üzərinə çökməsi nəticəsində baş verib. Bu səbəbdən yerin dərinliyində çalışan şəxslər dağıntı altında qalıblar.Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi məlumatda iki nəfərin itkin düşdüyü qeyd olunsa da, yerli sakinlər şaxtada daha 70 nəfərin qala biləcəyini bildirirlər.İlkin versiyaya görə, torpaq sürüşməsinə son üç gündə bölgədə müşahidə olunan güclü yağışlar səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Next Article

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransada evsiz uşaqların sayı artır

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:37 1068 baxış Ölkədə 2 mindən çox uşaq gecələməyə yer tapmayıb Elpress.az xəbər verir ki, Fransada yaşayış yeri olmayan uşaqların sayında artım qeydə alınıb. “UNICEF France” və Həmrəylik Aktorları […]

Ermənistanda Lilit Makuntsun fəaliyyəti tənqid edilir

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 17:00 1080 baxış Ermənistan baş nazirinin aparat rəhbəri Lilit Makuntsun son dövrlərdəki fəaliyyəti ölkənin yerli mediasında müzakirələrə səbəb olub. Elpress.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Makuntsun hökumətdəki fəaliyyəti […]

Yaponiyada 5,9 maqnitudalı zəlzələ baş verib

Aysel Əlibəyli 22 Avqust 2026 · 23:10 1110 baxış Yaponiyanın mərkəzi hissəsində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb. Elpress.az xəbər verir ki, yeraltı təkanlarla əlaqədar ölkənin ümummilli xəbərdarlıq sistemi işə düşüb.Zəlzələnin yaratdığı güclü təkanların təxminən 20 […]