--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Zelenski: “Patriot” raketləri çatışmır

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:58 1122 baxış

Zelenski: Rusiyanın atdığı 27 ballistik raketdən yalnız biri vurulub

Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ballistik raket hücumlarının qarşısının alınması üçün istifadə olunan “Patriot” sistemlərinə raket çatışmazlığının olduğunu bildirib.Zelenskinin sözlərinə görə, Rusiya gecə ərzində Ukraynaya 35 raket və 185 müxtəlif tipli zərbə dronu göndərib. Raketlərdən 27-nin ballistik olduğu qeyd edilib. Ukrayna tərəfi isə yalnız bir ballistik raketi vurmağa nail olub.Hücumların əsas hədəfinin Kiyev olduğu, həmçinin Dnepr, Sumı, Xarkov və Poltava bölgələrinin vurulduğu bildirilib. Kiyevdə yeddi rayonun zərər gördüyü, 18 yaşayış binası, məktəb, Litva səfirliyi və bir sıra infrastruktur obyektlərinə ziyan dəydiyi açıqlanıb.Zelenski hücum nəticəsində 9 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. O, Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket təminatının artırılmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Marketdə çanta oğurlayan şəxs saxlanıldı

Next Article

Frank De Bleker AFFA-dan ayrıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Küveyt İrandan buraxılan hədəflərin vurulduğunu açıqladı

Aysel Əlibəyli 16 İyul 2026 · 00:27 1146 baxış Küveyt Silahlı Qüvvələri hava məkanında 4 raket və 21 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib Elpress.az xəbər verir ki , Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında İrandan […]

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:40 1102 baxış Abbas Əraqçi və Məhəmməd İshaq Dar regiondakı son hadisələri müzakirə edib Elpress.az xəbər verir ki, Abbas Əraqçi və Məhəmməd İshaq Dar regiondakı son hadisələri müzakirə edib3. […]

Simonyan MDB ölkələrinin təhlükəsizlik rəsmiləri ilə görüşəcək

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 17:51 1058 baxış Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 8-9-da Moskvada keçiriləcək beynəlxalq toplantıda iştirak edəcək. Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı qərarla Simonyanın […]