--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Seneqallı nazir DOST Mərkəzində olub

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:40 1070 baxış

Seneqal nümayəndə heyəti Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması təcrübəsi ilə tanış olub

Elpress.az xəbər verir ki, Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diante rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda DOST Agentliyinin 1 saylı DOST Mərkəzini ziyarət edib.Səfər çərçivəsində keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev DOST Agentliyinin və DOST Mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında yaradılıb.Görüşdə DOST konsepsiyasının dövlət sosial xidmətlərinin “bir pəncərə” prinsipi ilə şəffaf, operativ və vətəndaş məmnunluğuna uyğun şəkildə göstərilməsinə imkan verdiyi vurğulanıb. Nümayəndə heyətinə DOST xidmətləri və Azərbaycanın sosial sahədə əldə etdiyi rəqəmsal nailiyyətlər barədə təqdimatlar keçirilib.Anar Əliyev Azərbaycan-Seneqal münasibətlərinin qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. O, əmək və sosial müdafiə sahələrində də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib.Azərbaycanın sosial sahədə həyata keçirdiyi islahatlar barədə Seneqal nümayəndə heyətinə məlumat verilib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.Görüşdə DOST modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi bildirilib. Seneqal tərəfinin də bu konsepsiyaya maraq göstərdiyi diqqətə çatdırılıb. Azərbaycanın əmək münasibətləri, DOST Mərkəzlərinin fəaliyyəti və sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsindəki təcrübəsini Seneqal ilə bölüşməyə hazır olduğu vurğulanıb.Mamadou Lamine Diante iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, islahatlar çərçivəsində iki nazirlik arasında əməkdaşlığın genişləndirilməsində və mütəmadi təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib.Tərəflər əmək və məşğulluq, sosial dialoqun inkişafı, sosial xidmətlərin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və iki nazirlik arasında əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılması istiqamətlərində gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Next Article

Dünya birjalarında yüksəliş: əsas fond indeksləri artıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüş keçirdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:00 1112 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq və yol təhlükəsizliyi ilə bağlı […]

YAP-ın VIII Qurultayı keçirilir – 960 nümayəndə iştirak edir

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:28 1078 baxış Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu gün Bakıda keçirilir. Siyasi təşkilatın növbəti qurultayı Heydər Əliyev Mərkəzində təşkil olunub. Elpress.az xəbər verir ki, qurultay saat 10:00-da başlayıb […]

Laos Prezidenti: Bakını çətinliklə tanıdım

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 12:51 1056 baxış Laos Prezidenti Thonqlun Sisulit 44 il əvvəl səfər etdiyi Bakı şəhərinin bu müddət ərzində ciddi dəyişikliklərə məruz qaldığını bildirib. Elpress.az xəbər verir ki, o, bu barədə […]

Berdiməhəmmədov: Azərbaycanın C5+1 formatına qoşulması yeni imkanlar yaradır

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 11:00 1062 baxış Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulması regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Elpress.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Avaza”da […]