--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Məleykə Abbaszadə imtahanlarla bağlı narazılıqlara münasibət bildirib

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 11:23 1064 baxış

Dövlət İmtahan Mərkəzi imtahan suallarının çətinliyi ilə bağlı müzakirələrdə nəticələrin statistik təhlilinə əsaslanmağın vacibliyini vurğulayıb. Mərkəzin rəhbəri müəllim və ekspertləri imtahan proqramlarının müzakirəsində daha fəal iştiraka çağırıb.

Elpress.az xəbər verir ki, DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında paylaşım edərək imtahanlardan sonra yaranan narazılıqlar və onların araşdırılması yolları barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, imtahanın çətinlik səviyyəsi barədə obyektiv nəticəyə gəlmək üçün iştirakçıların ilkin təəssüratları deyil, nəticələr və statistik göstəricilər əsas götürülməlidir. Konkret suallarla bağlı iradların isə apellyasiya mexanizmi vasitəsilə araşdırılması məqsədəuyğundur.

Abbaszadə bildirib ki, hazırda DİM-də imtahan proqramlarına dair seminarlar keçirilir, lakin bu müzakirələrdə iştirak səviyyəsi aşağıdır. Halbuki proqramların və imtahan modellərinin müzakirəsi üçün ən əlverişli dövr imtahanlardan əvvəlki mərhələdir.

DİM rəhbəri qeyd edib ki, ötən il imtahanlarla bağlı gözləntilərlə sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək məqsədilə anonim sorğular keçirilib. Sorğuların nəticələri təhlil olunaraq məqalə şəklində hazırlanıb.

O, ictimaiyyəti həmin araşdırma ilə tanış olmağa və nəticələr ətrafında fikir mübadiləsinə qoşulmağa dəvət edib. Abbaszadənin fikrincə, müzakirələrin faktlara əsaslanması imtahanlarla bağlı narazılıqların səbəblərini müəyyənləşdirməyə və qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə kömək edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizlik üçün yeni təhdidlər yaradır

Next Article

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AzTU-da ikinci təhsil almaq istəyənlərə şans

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:24 1064 baxış Azərbaycan Texniki Universitetində (AzTU) 2026/2027-ci tədris ili üzrə təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu davam edir. Elpress.az xəbər verir ki, universitetdə əyani təhsil formasında […]