Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulması regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
Elpress.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Avaza”da keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında deyib.
Türkmənistan lideri Azərbaycanın “C5+1” formatına qoşulmasının xüsusilə iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətli nəticə olduğunu bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsi Asiya və Avropadakı tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
S.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın regional və qlobal proseslərdə rolunun getdikcə artdığını da qeyd edib. O bildirib ki, hər iki coğrafiya hazırda logistika və enerji baxımından mühüm mərkəzlərə çevrilir.


