Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdə olub.
Elpress.az xəbər verir ki, oktyabrın 19-da o, Arkadağ şəhərində Görogly adına Dövlət Atçılıq Sirkində “Galkynyş” milli atüstü oyunlar qrupunun nümayişini izləyib. Qrup Türkmənistan Prezidentinin Ahal-Təkə Atçılıq Kompleksini təmsil edir.


