--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ali Məhkəmədən cəzanın azaldılması ilə bağlı qərar

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 11:10 1089 baxış

Hökm qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təyin olunmuş cəzanın yenidən nəzərdən keçirilməsi üçün avtomatik hüquqi əsas yaratmır.

Elpress.az xəbər verir ki, Ali Məhkəmə bu məsələyə dair hüquqi mövqeyini açıqlayıb.

İş materiallarına görə, 2018-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmişlə barışıb. Zərərçəkmiş notariat qaydasında təsdiqlənmiş ərizəsində məhkuma qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkum barışıq faktını cəzanı yüngülləşdirən hal kimi əsas gətirərək cəzasının azaldılması üçün məhkəməyə müraciət edib. Lakin birinci instansiya məhkəməsi ərizəni təmin etməyib, apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə bildirib ki, hökm qanuni qüvvəyə mindikdən sonra cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan maddi-hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür. Hökmün icrası mərhələsində belə müraciətə baxılması üçün qanuni əsas olmayıb.

Məhkəmə vurğulayıb ki, bu mövqe barışığın cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi deyil, müraciətə hökmün icrası qaydasında baxılması üçün prosessual əsasın olmaması ilə bağlıdır.

Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib, aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və cəzanın azaldılması barədə ərizənin hökmün icrası qaydasında icraata qəbulundan imtina edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Leyla Əliyeva Türkmənistanda atüstü oyunlar qrupunun çıxışını izləyib

Next Article

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizlik üçün yeni təhdidlər yaradır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elektron siqaretlər mülki dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:15 1089 baxış Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunla elektron siqaretlərin mülki dövriyyəsi tam qadağan edildi Elpress.az xəbər verir ki, Azərbaycanda elektron siqaretlər və onların hissələri mülki dövriyyədə olmasına […]

İyul ayının pensiyaları ödənildi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:50 1088 baxış Respublika üzrə iyul ayının pensiya ödənişləri tam yekunlaşıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, respublika üzrə iyul ayının pensiya ödənişləri […]

Bakıda 11 marşrut bu dayanacaqlarda saxlamayacaq

Aysel Əlibəyli 10 Avqust 2026 · 06:26 1070 baxış Bakının mərkəzi küçələrindən birində aparılan təmir işləri ilə əlaqədar 11 marşrut avtobusunun hərəkətində müvəqqəti dəyişiklik ediləcək. Elpress.az xəbər verir ki, avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani […]