Yeniçağ Media Qrupunun rəhbəri Aqil Ələsgər öz sosial şəbəkə hesabında Prezident İlham Əliyevə dəstək mesajı yayımlayıb:
Liderimiz cənab İlham Əliyevə etimadımız sarsılmaz, inamımız tamdır. Bu günə qədər ən çətin sınaqlardan qələbə ilə çıxan uzaqgörənliyinin, güzəştsiz qətiyyətinin və yüksək dövlətçilik təfəkkürünün hər bir məsələni xalqımızın şərəfinə və dövlətimizin qüdrətinə layiq şəkildə həll edəcəyinə zərrə qədər şübhəmiz yoxdur.
Göydə Uca Allaha, yerdə isə cənab Prezidentimizə güvənirik.
Dünən olduğu kimi, bu gün də, sabah da eyni inam və qətiyyətlə liderimizin yanındayıq!


