Süni intellekt texnologiyalarının geniş yayılması kibertəhlükəsizlik sahəsində yeni riskləri gündəmə gətirir. Bu alətlərdən istifadə etməklə saxta məlumatların yayılması, fişinq hücumlarının təkmilləşdirilməsi və səs-görüntülərin saxtalaşdırılması mümkün olur.
Elpress.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VII Zirvə Toplantısında danışıb.
O bildirib ki, həssas məlumatların xarici platformalara ötürülməsi və süni intellekt alətlərindən nəzarətsiz istifadə də informasiya təhlükəsizliyi baxımından əlavə risklər yaradır.


