--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hərbi qulluqçular üçün yeni cərimələr təklif edilir: məbləğ 500 manata çatacaq

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:36 1018 baxış

Hərbi hissəni özbaşına tərk edən və xidmət yerinə üzrsüz səbəbdən vaxtında qayıtmayan bəzi hərbi qulluqçular üçün yeni maliyyə sanksiyaları və inzibati həbs nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.

Təklifə əsasən, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəb olmadan bir gündən artıq, 10 gündən çox olmayaraq xidmətə gəlməməsi 200–300 manat cərimə ilə nəticələnə bilər. Pozuntunun hallarından asılı olaraq 15 günədək inzibati həbs də tətbiq oluna bilər.

Eyni pozuntunun inzibati tənbeh barədə qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsi üçün isə 300–500 manat cərimə və ya 10 gündən bir ayadək inzibati həbs təklif edilir.

Dəyişiklik hələ qanun layihəsi mərhələsindədir. Təklifin qüvvəyə minməsi üçün qanunvericiliklə nəzərdə tutulan qəbul və təsdiq prosedurları tamamlanmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kamran Əliyevdən prokurorluqda yeni təyinatlar

Next Article

Məkkədə iki Banqladeş vətəndaşı edam edildi – Dəkkə Səudiyyədən izahat istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xətainin bəzi ərazilərində su təchizatı dayandırılacaq

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:53 1070 baxış İçməli su xəttinin magistral boruya birləşdirilməsi səbəbindən fasilə yaranacaq Elpress.az xəbər verir ki, Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.Su təchizatının sabah saat […]