Binəqədi və Nizami rayonlarının prokurorları vəzifələrini dəyişiblər. Şirvan şəhər prokuroru isə növbəti səlahiyyət müddətinə təyin olunub.
Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Fuad Məmmədov Binəqədi rayon prokuroru vəzifəsindən azad edilərək Nizami rayon prokuroru təyin olunub.
Digər əmrlə Pərviz İbayev Nizami rayon prokuroru vəzifəsindən azad edilib və Binəqədi rayon prokuroru vəzifəsinə gətirilib.
Bundan əlavə, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhər prokuroru vəzifəsinə təyin edilib.


