--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan neftinin qiyməti 118 dolları ötdü

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 13:48 1016 baxış

Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,26 dollar bahalaşaraq 118,53 dollara çatıb.

Elpress.az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, qiymət artımı 1,95 faiz təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftinin bir bareli isə 2,25 dollar və ya 2,13 faiz bahalaşaraq 107,67 dollara yüksəlib. Hərraclarda “Brent” markalı neftin dekabr fyuçersləri 117,61 dollar səviyyəsində olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 65 dollar götürülüb.

“Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilir. Bu yataqların işlənməsi üzrə müqavilədə SOCAR-ın payı 35,3 faizdir.

Markanın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məkkədə iki Banqladeş vətəndaşı edam edildi – Dəkkə Səudiyyədən izahat istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda neft-qaz sektorunun gələcəyi müzakirə olunub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 23:12 1076 baxış Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda neft emalı və neft-kimya infrastrukturunun yenilənməsi, sahənin inkişaf perspektivləri və iqtisadi məsələlər nəzərdən keçirilib. Elpress.az xəbər verir ki, […]

Azərbaycanın enerji rolu daha da güclənəcək

Aysel Əlibəyli 06 İyun 2026 · 14:12 1188 baxış Enerji keçidi bir gecədə baş verə bilməz, bu proses zaman, planlı yanaşma və dayanıqlı infrastruktur tələb edir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Rusiyadakı səfiri […]