--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dünya birjalarında yüksəliş: əsas fond indeksləri artıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 08:30 1056 baxış

Elpress.az xəbər verir ki, qlobal fond bazarlarında həftənin son ticarət sessiyasında əsas indekslər üzrə müsbət dinamika müşahidə olunub.

ABŞ bazarlarında Dow Jones 1,18 faiz artaraq 53 686,11 bəndə, S&P 500 1,06 faiz yüksələrək 7 747,71 bəndə çatıb. Nasdaq Composite isə 1,40 faiz artımla 26 584,06 bənd səviyyəsinə yüksəlib.Şimali Amerika bazarlarında Kanadanın S&P/TSX Composite indeksi də 1,50 faiz artıb. Avropada isə FTSE 100 0,70 faiz, Almaniyanın DAX indeksi 0,63 faiz, İspaniyanın IBEX 35 göstəricisi 1,12 faiz yüksəlib. Euro Stoxx 50 0,32 faiz, Fransanın CAC 40 indeksi isə 0,07 faiz artıb.Asiya-Sakit okean regionunda da əsasən müsbət dinamika qeydə alınıb. Nikkei 225 1,07 faiz, Hang Seng 2,06 faiz, Çinin CSI 300 indeksi isə 0,43 faiz yüksəlib. Bununla yanaşı, Yaponiyanın TOPIX və Avstraliyanın S&P/ASX 200 indekslərində cüzi geriləmə olub.Analitiklər qlobal bazarlardakı artımı əsasən ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqələndirirlər. FED rəsmisi Kristofer Uollerin faiz dərəcəsinin dəyişdirilmədən saxlanılmasını dəstəkləyə biləcəyinə dair açıqlamasından sonra sentyabr ayında faiz artımı ehtimalının 63 faizdən 50 faizə düşdüyü bildirilir.Faiz artımı ilə bağlı gözləntilərin zəifləməsi ABŞ dövlət istiqrazlarının gəlirliliyinin də aşağı düşməsinə səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Seneqallı nazir DOST Mərkəzində olub

Next Article

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Aysel Əlibəyli 01 İyun 2026 · 19:19 1188 baxış İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə dair məsələləri müzakirə edib. IRNA agentliyinin məlumatına görə, […]

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:46 1050 baxış Əbu-Dabi İranın kommersiya gəmisinə zərbə endirməsini pisləyərək hücumların dayandırılmasına çağırıb Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranın Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmini […]