Yasamal rayonunda elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 20-də bir sıra ünvanlarda enerji təchizatı müvəqqəti dayandırılacaq.
Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, saat 10:00-dan 13:00-dək Lev Tolstoy, Nazim Hikmət, Rahib Tağıyev, Süleyman Tağızadə, Ümid Əkbərov, Vasif Əliyev və Zərgərpalan küçələrində, həmçinin Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işlərinin məqsədi elektrik təchizatının dayanıqlılığını artırmaq və artan enerji tələbatını qarşılamaqdır.


