--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda Beynəlxalq Minatəmizləmə Konfransının son paneli keçirilib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:37 1062 baxış

Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyanın mina təhlükəsi ilə mübarizə təcrübəsi təqdim olunub

Elpress.az xəbər verir ki, Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında “Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda sonuncu panel sessiyası təşkil olunub.Paneldə Livan, Kamboca, Bosniya və Herseqovina və Serbiyadan olan nümayəndələr mina və partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi sahəsində təcrübələrini bölüşüblər.Livan Mina Fəaliyyəti Mərkəzinin Logistika və İnzibati Bölməsinin rəhbəri Vajdi Jaber Hyder bildirib ki, ölkəsində mina və partlayıcı qalıqlar problemi yalnız ərazilərin təmizlənməsi ilə məhdudlaşmır. Əsas hədəfin insanların təhlükəsiz şəkildə evlərinə qayıtması, dağıdılmış şəhərlərin və infrastrukturun bərpası, eləcə də normal həyat şəraitinin yenidən qurulması olduğu qeyd edilib.Onun sözlərinə görə, yeni münaqişələr nəticəsində dağıntıların altında partlayıcı qurğuların qalması vəziyyəti daha da mürəkkəbləşdirib. Buna görə ərazilərə eyni yanaşmanın tətbiq edilməsinin doğru olmadığını bildirən Hyder risklərin və humanitar ehtiyacların ayrıca qiymətləndirilməsinin, daha təhlükəli zonalarda isə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.Kamboca Mina Fəaliyyəti Mərkəzinin Beynəlxalq Əməkdaşlıq və Hüquq Məsələləri üzrə baş direktoru Suonpraset Prum ölkəsinin mina və partlayıcı qalıqların təmizlənməsi istiqamətində uzunmüddətli təcrübəyə malik olduğunu deyib.O bildirib ki, 30 ildən artıq müddətdə Kambocada 3 600 kvadratkilometrdən çox ərazi minalardan təmizlənib və 4,5 milyondan artıq mina və partlayıcı qurğu məhv edilib. Buna baxmayaraq, ölkədə hələ də geniş çirklənmiş ərazilər qalmaqdadır.Suonpraset Prum yeni sərhəd münaqişələrinin vəziyyəti daha da ağırlaşdırdığını, yeni kasetli sursat çirklənməsinin yarandığını və yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Kambocanın əsas məqsədinin mina təmizləmə prosesini sürətləndirmək və ölkəni 2030–2035-ci illərdə mina təhlükəsinin təsirindən azad etmək olduğu bildirilib.Bosniya və Herseqovina Mina Fəaliyyəti Mərkəzinin Mina Fəaliyyəti Departamentinin rəhbəri Tarik Serak isə ölkəsində mina probleminin miqyası və son 30 ildə görülən işlər barədə məlumat verib.O qeyd edib ki, 1996-cı ildə Bosniya və Herseqovinada təxminən 4 200 kvadratkilometr ərazi minalarla çirklənmiş və ya şübhəli ərazi hesab olunub. Həmin ərazinin 80 faizdən çoxu artıq təmizlənib. Hazırda isə 750 kvadratkilometrdən çox şübhəli ərazi qalır.Serbiya Respublikasının Mina Fəaliyyəti Mərkəzinin direktoru Bojan Glamoclija bildirib ki, ölkədə 50 milyon kvadratmetrdən çox ərazi hələ də müharibədən qalmış partlayıcı sursatlarla çirklənib. Bundan başqa, 150-dən çox ərazidə aviasiya bombaları və raketlərin qaldığı qeyd olunub.Onun sözlərinə görə, mina və partlayıcı sursatlardan təmizlənən ərazilər sonradan kənd təsərrüfatı, tikinti, yol infrastrukturu, sənaye və digər layihələrin həyata keçirilməsi üçün istifadə olunur.Panel sessiyası iştirakçıların suallarını cavablandırması ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avqustda 70 aptekdə yoxlama aparılıb

Next Article

Seneqallı nazir DOST Mərkəzində olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda havada tozun miqdarı normadan 2,2 dəfə çoxdur

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 09:02 1120 baxış Paytaxt və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin daha iki gün davam edəcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, […]

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 1144 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti […]

Azərbaycanda 4 ayda 21 mindən çox ölüm qeydə alınıb

Aysel Əlibəyli 18 İyun 2026 · 14:05 1168 baxış Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 21 277 ölüm halı rəsmiləşdirilib. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.Məlumata əsasən, ötən ilin […]

Qarpızla pendiri birlikdə yemək zərərlidirmi?

Aysel Əlibəyli 17 İyul 2026 · 19:55 1092 baxış Yay aylarında süfrələrin vazkeçilməz ikilisi olan qarpız və pendirin birlikdə istehlakının zərərli olub-olmaması ilə bağlı yayılan fikirlərə həkimlər aydınlıq gətiriblər. Elpress.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə […]