--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 08:32 1028 baxış

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının altıncı ildönümüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun nəzarətinə keçən şəhər və ətraf kəndlərdə sonrakı illərdə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Elpress.az xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciəti zamanı Zəngilan şəhərinin, eləcə də rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad edildiyini elan edib.

Zəngilan istiqamətində aparılan döyüş əməliyyatları 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Arazboyu irəliləyişində mühüm yer tutub. Rayonun azad olunması uğrunda döyüşlərdə fərqlənən hərbi qulluqçular Prezidentin 2020-ci il dekabrın 25-i və 2021-ci il iyunun 24-də imzaladığı sərəncamlarla “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Azadlıqdan sonra rayonun inkişafı üçün infrastruktur layihələri həyata keçirilib, ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində işlər görülüb. Bu proses çərçivəsində “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb. Zəngilana qayıdış 2022-ci ilin iyulundan etibarən mərhələli şəkildə həyata keçirilir.

Rayonun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından Zəngilan Beynəlxalq Hava Limanının inşası da mühüm layihələrdən biri olub. Aeroportun açılışı 2022-ci il oktyabrın 20-də keçirilib və ona beynəlxalq hava limanı statusu verilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 20-si hər il Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan parlamentində TRIPP sazişi müzakirəyə çıxarılır

Next Article

Kürdəmirdə ağır qəza: 4 nəfər yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1070 baxış Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək. Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə […]

57 işçi əvvəlki işinə bərpa edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:33 1096 baxış Qanunsuz işdən çıxarılan 57 nəfər əvvəlki iş yerlərinə qaytarılıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin […]

Anar Əliyev Qusarda vətəndaşlarla görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:32 1086 baxış Qusar və Quba sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib Elpress.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba […]

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:12 1096 baxış Azərbaycan Respublikasında Media və Yayım Şurasının strukturu təsdiq edilib. Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 7-də Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım […]