Laos Prezidenti Thonqlun Sisulit 44 il əvvəl səfər etdiyi Bakı şəhərinin bu müddət ərzində ciddi dəyişikliklərə məruz qaldığını bildirib.
Elpress.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən birgə bəyanat zamanı danışıb.
Laos dövlət başçısı Azərbaycandakı sürətli inkişafı görməkdən məmnunluğunu ifadə edərək, paytaxtı əvvəlki səfəri ilə müqayisədə çətinliklə tanıdığını söyləyib.
Qeyd edək ki, Thonqlun Sisulit 44 il əvvəl də Bakıda olub.


