--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mobil cihazların POS-terminal kimi istifadəsi qanunla tənzimlənə bilər

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 11:59 1014 baxış

Azərbaycanda elektron ticarət qaydalarının yenilənməsi və ödəniş sistemlərinə dair qanunvericiliyin müasir texnologiyalara uyğunlaşdırılması təklif olunur. Dəyişikliklər çərçivəsində POS-terminal anlayışının da dəqiqləşdirilməsi nəzərdə tutulur.

Elpress.az xəbər verir ki, bununla bağlı “Elektron ticarət haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Layihədə qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin aradan qaldırılması, eləcə də “texnoloji neytrallıq” anlayışının qanunvericiliyə daxil edilməsi təklif olunur.

Sənəddə ödənişlərin həyata keçirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi və POS-terminal anlayışının mövcud təcrübəyə uyğunlaşdırılması da yer alıb. Bu dəyişikliklərin elektron ödəniş üsullarının inkişafına və qanunsuz ticarət əməliyyatlarının azaldılmasına xidmət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, elektron ticarət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının tədbirlər planında da əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Metro sərnişinlərinin sayı 3,9 faiz azalıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:46 1052 baxış 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından 156 milyon 158,2 min sərnişin istifadə edib. Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən […]

Mərkəzi Bank uçot faiz dərəcəsini dəyişmədi

Aysel Əlibəyli 31 İyul 2026 · 10:15 1072 baxış Azərbaycan Mərkəzi Bankı növbəti pul siyasəti qərarını açıqlayıb və uçot faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib. Elpress.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına […]

AMB uçot dərəcəsini dəyişməyib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:44 1080 baxış Uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi isə 5 faiz müəyyən edilib Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi və faiz dəhlizinin […]

Neft ucuzlaşıb: “Brent” 104 dollardan aşağı düşüb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 09:32 1092 baxış Elpress.az xəbər verir ki, dünya əmtəə bazarlarında əsas neft markalarının qiymətində eniş müşahidə olunub. “Brent” markalı neftin noyabr fyuçersləri 0,95 dollar və ya 0,91% azalaraq 103,87 […]