Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu gün Bakıda keçirilir. Siyasi təşkilatın növbəti qurultayı Heydər Əliyev Mərkəzində təşkil olunub.
Elpress.az xəbər verir ki, qurultay saat 10:00-da başlayıb və tədbirdə partiyanın nümayəndələri iştirak edirlər.
YAP-ın VIII Qurultayına hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın yerli təşkilatlarında hesabat konfransları keçirilib. Həmin tədbirlərin nəticəsində qurultayda iştirak etmək üçün 960 nümayəndə seçilib.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın İdarə Heyəti tərəfindən ən azı beş ildə bir dəfə çağırılır. Partiyanın bundan əvvəlki VII Qurultayı 2021-ci il martın 5-də keçirilib.
Qurultaydan bir gün əvvəl VIII Qurultayın nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, həmçinin akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.


