--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 11:41 1054 baxış

20 Oktyabr – Energetiklər Günü münasibətilə enerji sektorunun nümayəndələri Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan şəxslərin və Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini yad ediblər.

Elpress.az xəbər verir ki, Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyublar. Ziyarət zamanı akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirəsi ehtiramla anılıb.

Daha sonra energetiklər Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını itirən Vətən övladlarının məzarları üzərinə güllər düzüblər.

Qeyd edək ki, Azərbaycanda Energetiklər Günü hər il oktyabrın 20-də qeyd olunur. 1981-ci ilin həmin günündə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib.

Peşə bayramı Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı 446 nömrəli sərəncamla təsis edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məleykə Abbaszadə imtahanlarla bağlı narazılıqlara münasibət bildirib

Next Article

Mobil cihazların POS-terminal kimi istifadəsi qanunla tənzimlənə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda hakimlərin sayı 800 nəfərə çatdırılacaq

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:13 1062 baxış Azərbaycanda məhkəmə sistemində hakimlərin sayının artırılması nəzərdə tutulur. Məqsəd yaxın müddətdə hakimlərin sayını müəyyən edilmiş ştat sayına çatdırmaqdır. Elpress.az xəbər verir ki, bunu Ali Məhkəmənin və […]

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1118 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Sürücülərin nəzərinə: bu yollarda hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:16 1082 baxış Bakının Suraxanı rayonunda bir neçə yol hissəsində təmir işləri aparılacaq. İşlərlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları […]