--:--:-- | 14 Avqust 2026, Cümə
Son Xəbər
Yüklənir...

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1058 baxış

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, AQEM-in Astanadakı qərargahında Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovun şərəfinə xüsusi tədbir keçirilib. Tədbir AQEM-in baş katibi, səfir Kayrat Sarıbayın təşəbbüsü ilə təşkil olunub. Görüşdə Qazaxıstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.AQEM-in baş katibi Kayrat Sarıbay Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O bildirib ki, Ağalar Atamoğlanovun Qazaxıstandakı diplomatik fəaliyyəti AQEM üçün mühüm dövrə təsadüf edib və Azərbaycan səfirliyi ilə AQEM Katibliyi arasında səmərəli əməkdaşlıq formalaşıb.Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə təşkilat üzv dövlətlərlə birlikdə Astanada keçirilən Altıncı Zirvə Toplantısında qəbul edilmiş qərarların icrasını davam etdirir. Qarşıdakı AQEM Zirvə Toplantısının Bakıda keçirilməsi isə təşkilatın inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilib.Kayrat Sarıbay həmçinin Ağalar Atamoğlanovun Qazaxıstan Prezidenti tərəfindən II dərəcəli “Dostluq” ordeni ilə təltif edilməsini Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfənin göstəricisi kimi dəyərləndirib.Səfir Ağalar Atamoğlanov çıxışında Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. O qeyd edib ki, ölkəmiz təşkilatın Asiyada etimad və qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsində mühüm platforma olduğunu hesab edir.Diplomat vurğulayıb ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürülüb və mühüm tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, Bakıda keçiriləcək növbəti Zirvə Toplantısı sədrliyin mühüm mərhələsi olacaq.Tədbir çərçivəsində Ağalar Atamoğlanova L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin inkişafına verdiyi xüsusi töhfəyə görə ali məktəbin 30 illik yubiley medalı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda evin qanunsuz sökülməsi iddialarına cavab verildi

Next Article

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 1155 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Aysel Əlibəyli 28 İyun 2026 · 15:10 1084 baxış Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynaya səfərə yollanacaqlar. Elpress.az xəbər verir ki, […]

XİN-dən mina təhlükəsi xəbərdarlığı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:27 1022 baxış Vətən müharibəsindən bəri 433 nəfər mina qurbanı olub – XİBra beynəlxalq ictimaiyyətə çağırış etdi Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında paylaşılan […]