Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib.
Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.Digər sərəncamla Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni təyinatlarla bağlı sərəncamlar dövlət başçısı tərəfindən imzalanıb.


