--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İspan diplomat İsrail XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:44 1022 baxış

Madrid rəsmisinin Fələstinlə bağlı açıqlaması diplomatik narazılığa səbəb olub

Elpress.az xəbər verir ki, İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedros İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.İsrail XİN-in məlumatına görə, Pedros Siyasi-Strategiya Məsələləri İdarəsinin rəhbəri Gilad Koen tərəfindən qəbul edilib və ona diplomatik irad bildirilib.Buna səbəb İspaniyanın gənclər naziri Sira Reqonun sentyabrın 24-də İspaniya cəmiyyətinin “çaydan dənizə qədər azad Fələstin” mövqeyini dəstəklədiyini bildirməsi olub.İsrail Xarici İşlər Nazirliyi Reqonun açıqlamasını İspaniya hökumətinin və Baş nazir Pedro Sançesin İsrailə qarşı siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.Qeyd edək ki, Sira Reqo daha əvvəl də İsrailin Qəzzadakı siyasətini tənqid edib və Fələstin dövlətinin tanınmasını dəstəkləyən açıqlamalar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Next Article

Aİ Tatarıstan rəhbərinə qarşı sanksiya tətbiq edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ vətəndaşlarına Yaxın Şərqlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:50 1050 baxış ABŞ səfirliyi regiondakı vətəndaşlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb Elpress.az xəbər verir ki, ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı […]

Zaporojyeyə zərbə: ölən və yaralananlar var

Aysel Əlibəyli 20 İyun 2026 · 20:10 1132 baxış Zaporojyeyə endirilən idarəolunan bomba zərbələri nəticəsində ölən və yaralananlar qeydə alınıb. Rusiya tərəfindən Zaporojye bölgəsinə doqquz idarəolunan bomba zərbəsi endirilib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, […]

Xarkovda ticarət mərkəzinə dron zərbəsi: ölən və yaralananlar var

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:46 1066 baxış Rusiya ordusunun hücumu nəticəsində 40 yaşlı kişi həyatını itirib, 4 nəfər yaralanıb Elpress.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində ticarət mərkəzlərindən birinə dronla zərbə endirilib.Məlumata görə, […]

Husilər Səudiyyə gəmisini vurdu: 3 ölü

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:21 1070 baxış Bab əl-Məndəb boğazında ticarət gəmisinə raket hücumu nəticəsində 3 ekipaj üzvü həlak olub Elpress.az xəbər verir ki, Yəməndəki husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus […]