Elpress.az xəbər verir ki, bu ilin sentyabrın 15-dək ölkə ərazisində su hövzələrində xilas edilən şəxslərin sayı 107 nəfərə çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 nəfər çoxdur. Belə ki, ötən ilin analoji müddətində su hövzələrində 73 nəfərin həyatını xilas etmək mümkün olub.
Çimərlik mövsümü ərzində suda boğulma təhlükəsi ilə üzləşən və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə çıxarılan şəxslərin sayı da artıb. Bu il həmin göstərici 97 nəfər təşkil edib. Ötən il isə çimərlik mövsümündə 70 nəfər xilas edilmişdi.
Beləliklə, çimərlik mövsümündə xilas edilənlərin sayında təxminən 39 faiz artım qeydə alınıb.
Məlumatlar çimərlik mövsümünün yekunları ilə bağlı keçirilən brifinq zamanı açıqlanıb.


