--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət hər gün məhdudlaşdırılacaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:17 1012 baxış

Elpress.az xəbər verir ki, Bakının mərkəzi hissəsində bir sıra küçələrdə avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlərin əhatə dairəsi genişləndirilir.

Yeni qaydalara əsasən, məhdudiyyətlər artıq yalnız həftəsonlarını deyil, həftənin bütün günlərini əhatə edəcək. Dəyişikliklərin oktyabrın 5-dən etibarən test rejimində tətbiqinə başlanılması nəzərdə tutulur.Məhdudiyyət aşağıdakı küçələrə şamil olunacaq:

Zərifə Əliyeva küçəsi – Rəsul Rza küçəsi ilə kəsişmədən sonrakı hissə;

Əbdülkərim Əlizadə küçəsi;

Hacı Zeynalabdin Tağıyev küçəsi;

Tərlan Əliyarbəyov küçəsi;

Yusif Məmmədəliyev küçəsi.

Qərarın əsas məqsədi şəhər mərkəzində avtomobil hərəkətinin tənzimlənməsi ilə yanaşı, piyada zonaları arasında əlaqəni gücləndirmək, piyadalar üçün daha rahat və təhlükəsiz mühit yaratmaqdır. Rəsmi açıqlamada bunun şəhərin turizm və biznes imkanlarının inkişafına da xidmət edəcəyi bildirilib.

Bəs sakinlər necə hərəkət edəcək?

Yeni qaydalar ərazidə yaşayan sakinlərin və müəyyən xidmət sahələrinin fəaliyyətini tam məhdudlaşdırmır. Fərdi parklanma talonuna malik sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.Beləliklə, söhbət bütün nəqliyyatın tamamilə qadağan edilməsindən deyil, şəhər mərkəzində avtomobillərin hərəkətinin yeni qaydalarla məhdudlaşdırılmasından gedir.

Qeyd edək ki, dəyişikliklərin oktyabrın 5-dən test rejimində tətbiqi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Uşaqlar niyə dərsdən soyuyur? Məktəbdə itən uşaqlıq, ağır çantalar və yorğun beyinlər

Next Article

Üç rayona yeni icra başçısı təyin edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda qonaq evlərinə yeni dəstək mexanizmləri yaradılacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 11:09 1068 baxış Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə, o cümlədən qonaq evlərinə dövlət dəstəyi göstərilməsi planlaşdırılır. Elpress.az Report-a istinadən xəbər verir ki, bu məsələ […]