Peter Maqyarla yanaşı üç deputatın da immuniteti aradan qaldırılıb
Elpress.az xəbər verir ki, Macarıstan parlamentində Baş nazir Peter Maqyarın deputat toxunulmazlığının ləğvi ilə bağlı səsvermə keçirilib.Səsvermənin nəticəsinə əsasən, Baş nazirin toxunulmazlığı ləğv edilib. Onunla yanaşı, daha üç deputatın da immuniteti aradan qaldırılıb.Qərarın Maqyarın 2024-cü ildə gecə klubunda bir şəxsin mobil telefonunu götürərək Dunay çayına atması ilə bağlı oğurluq ittihamı ilə əlaqəli olduğu bildirilib.


