--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zelenski: Ukrayna Rusiyada iki müdafiə zavoduna zərbə endirib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:35 1057 baxış

Tula və Voronej vilayətlərindəki obyektlərin hədəfə alındığı bildirilir

Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində bir sıra müdafiə və neft infrastrukturu obyektlərinə uzaqmənzilli zərbələr endirdiyi açıqlanıb.Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gecə saatlarında Tula və Voronej vilayətlərində yerləşən iki müdafiə zavodu hədəfə alınıb.Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Krasnodar diyarında neft infrastrukturu obyektinə də zərbə endirib.Bundan əlavə, Kaluqa və Oryol vilayətlərində pilotsuz uçuş aparatlarının istifadəsi ilə əlaqəli obyektlərin, Bryansk vilayətində Rusiya hərbçilərinin yerləşdiyi ərazinin və Qara dənizdəki bir hədəfin vurulduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda leysan yağacağı gözlənilir

Next Article

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ailə 3,75 saniyəyə yeni Ginnes rekorduna imza atdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:03 1068 baxış “Hungry Hungry Hippos” oyununda inanılmaz rekord: Raş ailəsi oyunu 3,75 saniyəyə bitirərək Ginnesin Rekordlar Kitabına düşdü Elpress.az xəbər verir ki, Devid Raş, həyat yoldaşı Cenifer və […]