--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1054 baxış

Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib

Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın və qeyri-maddi kapitalın xarici investisiyaların cəlb edilməsində rolu ilə bağlı panel müzakirəsi keçirilib.Tədbirdə SOCAR, AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub nümayəndələri iştirak ediblər.Müzakirələr zamanı xarici investisiyaların yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsi vasitəsi kimi deyil, yerli kadr və səriştələrin inkişafına, sənaye kooperasiyasının genişlənməsinə və yeni ixrac imkanlarının formalaşmasına xidmət edən mexanizmə çevrilməsi məsələləri diqqətə çatdırılıb.Panel iştirakçıları bildiriblər ki, investisiyanın yaratdığı uzunmüddətli dəyərdə texnologiyaların ötürülməsi, mühəndislik bacarıqlarının inkişafı, yerli təchizat zəncirlərinin qurulması, beynəlxalq standartların tətbiqi və ixrac potensialının artırılması mühüm rol oynayır.TPE şirkətinin icraçı direktoru Rüstəm İsmayılov qeyd edib ki, layihələr zamanı əldə olunan bilik və təcrübənin sistemləşdirilməsi növbəti layihələrin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.SOCAR nümayəndəsi Hikmət Abdullayev isə beynəlxalq tərəfdaşlıq çərçivəsində metodologiya, texnologiya və ekspertizanın yerli mütəxəssislərə ötürülməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd xarici tərəfdaşların yalnız işi icra etməsi deyil, əldə olunan biliklərin ölkədə qalmasıdır.Müzakirədə Xəzər regionunda investisiya layihələrinin reallaşdırılması üçün müxtəlif tərəflər arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti də qeyd olunub.Caspian Business Hub-ın rəhbəri Nərmin Cəfərova bildirib ki, əməkdaşlıq infrastrukturunun inkişaf etdirilməsi şirkətlərin mürəkkəb transsərhəd layihələrdə birgə fəaliyyətini asanlaşdıra bilər.Paneldə vurğulanıb ki, investisiyaların qiymətləndirilməsində yalnız cəlb olunan kapitalın həcmi deyil, həmin vəsaitin ölkə daxilində yaratdığı uzunmüddətli iqtisadi dəyər, texnoloji bilik və yerli səriştələrin inkişafına təsiri də nəzərə alınır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski: Ukrayna Rusiyada iki müdafiə zavoduna zərbə endirib

Next Article

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Könüllü tibbi sığorta yığımları azalıb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:35 1044 baxış Yanvar-avqust aylarında sığorta şirkətləri 96,1 milyon manat sığorta haqqı toplayıb Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə sığorta şirkətlərinin topladığı […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1148 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Aysel Əlibəyli 30 İyul 2026 · 17:01 1074 baxış Ağdaşın sosial-iqtisadi potensialının inkişafı üzrə təkliflər hazırlanır Elpress.az xəbər verir ki, Ağdaş rayonunun uzunmüddətli sosial-iqtisadi inkişaf imkanlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun […]

Naftalana yeni turist axını

Aysel Əlibəyli 18 İyun 2026 · 18:28 1146 baxış “TABIA Group” və Özbəkistanın “FlyKhiva” şirkəti arasında turizm və sağlamlıq sektorunda əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Azərbaycanın qonaqpərvərlik və sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən “TABIA Group” […]