--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlham Əliyev Litvanın yeni Baş naziri ilə telefonla danışıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:42 1008 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb.

Elpress.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda Litvanın sabiq Baş naziri İnqa Ruginienenin cari ilin aprel ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi müzakirələr xatırlanıb.Dövlət başçısı Mindaugas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.Mindaugas Sinkeviçyus təbriklərə görə təşəkkürünü bildirərək, Baş nazir kimi Azərbaycan-Litva ikitərəfli əlaqələrinin inkişafını daim diqqətdə saxlayacağını vurğulayıb.Telefon danışığı zamanı Azərbaycan və Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması və ticarət dövriyyəsinin artırılması məsələləri də müzakirə edilib.

Həmçinin Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və burada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.Tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparıb, son dövrlərdə həyata keçirilmiş yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Telefon söhbəti zamanı beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bilgəhdə çimərlikdə naməlum kişi meyiti tapılıb

Next Article

Alimlərdən xəbərdarlıq: Dünya əhalisinin azalması ekologiya və mədəniyyət üçün fərqli nəticələr doğura bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1066 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 1084 baxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi […]