--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Almaniyada 4 futbolçu penalti vurmaqdan imtina etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:44 1078 baxış

Almaniya millisinin DÇ-2026-dakı mübarizəsi zamanı yaşanan penaltilər seriyasında gözlənilməz məqam yaşanıb. Komandanın bir neçə futbolçusu həlledici zərbəni yerinə yetirmək məsuliyyətini üzərinə götürmək istəməyib.

Elpress.az xəbər verir ki, Almaniya milli komandasının DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvayla qarşılaşmasında penaltilər seriyası zamanı maraqlı hadisə baş verib. Belə ki, komandanın dörd futbolçusu altıncı penalti zərbəsini yerinə yetirməkdən imtina edib.Məlumata görə, kapitan Yozua Kimmix altıncı zərbəni vuracaq oyunçunu müəyyənləşdirmək istəyərkən Leon Qoretska, Anton Valdemar, Nataniel Braun və Malik Tşau bu məsuliyyəti üzərinə götürməkdən çəkiniblər.Qeyd edək ki, Almaniya millisi Manuel Noyerin də yer aldığı heyətlə DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Paraqvayla keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və qalib penaltilər seriyasında müəyyənləşib.Penaltilər zamanı Paraqvay qapıçısı Xilin iki zərbəni dəf edib. Rəqib komanda 3:2 hesabı ilə önə keçsə də, Manuel Noyer son iki zərbədə Almaniyanı oyunda saxlayaraq hesabı bərabərləşdirib. Lakin altıncı zərbədə Conatan Ta topu qapıdan kənara göndərib, Xose Kanale isə fürsəti dəqiq qiymətləndirərək Paraqvaya qələbə qazandırıb.Bununla da Cənubi Amerika təmsilçisi turnirin növbəti mərhələsinə yüksəlib. Paraqvay 1/8 finalda Fransa və ya İsveç yığması ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Next Article

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fərman Həsənov UFC-də uğurlu çıxış edərək qələbə qazandı

Aysel Əlibəyli 27 İyun 2026 · 20:10 1161 baxış Bakıda keçirilən UFC turnirində Azərbaycan təmsilçisi Fərman Həsənov uğurlu çıxışı ilə yadda qalıb. İlkin döyüşlər çərçivəsində yarımorta çəkidə oktaqona çıxan Həsənov ABŞ idmançısı Erik Nolanla qarşılaşıb. […]

DÇ finalında rus sözləri qalmaqal yaratdı

Aysel Əlibəyli 21 İyul 2026 · 16:01 1082 baxış Dünya Çempionatının finalındakı fasilə şousunda rus sözləri və “Rusiya” yazısı müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, İspaniya ilə Argentina arasında keçirilən 2026-cı il Dünya Çempionatının […]

Azərbaycan millisinin 30 futbolçudan ibarət heyəti açıqlanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:27 1082 baxış Yığma qarşıdakı oyunlarda Tacikistan, Litva və Lixtenşteynlə qarşılaşacaq Elpress.az xəbər verir ki, Azərbaycan milli komandasının qarşıdakı oyunları üçün heyəti müəyyənləşib. Baş məşqçi 30 futbolçunu siyahıya daxil […]

Mariana Vasilevaya yeni vəzifə həvalə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:11 1080 baxış Ötən il gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva yeni vəzifəyə təyin edilib. Elpress.az xəbər verir ki, əldə olunan məlumata əsasən, Azərbaycan Atletika […]