--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yasamalda evin qanunsuz sökülməsi iddialarına cavab verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:38 1114 baxış

Yasamal Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan və vətəndaşın evinin qanunsuz şəkildə sökülməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Yasamal Rayon İcra Hakimiyyəti B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.Qurumdan bildirilib ki, sözügedən ünvanda yaşayan Tatyana Aqafonovanın evinin istismar müddəti başa çatıb. Sakinlərin köçürülməsi və əmlakların qiymətləndirilməsi prosesi müvafiq komissiya tərəfindən həyata keçirilir.Məlumata görə, qiymətləndirmə zamanı sakin tərəfindən əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edilib. Həmçinin qeyd olunub ki, çıxarışda göstərilən sahədən əlavə, faktiki istifadədə olan və qanunsuz inşa edilmiş əlavə tikili mövcuddur. Həmin tikilinin binanın konstruktiv dayanıqlılığına mənfi təsir etdiyi və qəzalı vəziyyəti daha da ağırlaşdırdığı bildirilib.Yasamal Rayon İcra Hakimiyyətinin açıqlamasında vurğulanıb ki, hazırda evin deyil, qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü aparılır.Qeyd edək ki, keçmiş “Sovetski” ərazisində istismar müddəti başa çatmış tikililərin sökülməsi və sakinlərin bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülməsi prosesi davam etdirilir. Proses başa çatdıqdan sonra ərazinin abadlaşdırılması, tarixi binaların təmiri və bərpası istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Next Article

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Vəkillər Kollegiyasında mühüm qərarlar qəbul edildi

Aysel Əlibəyli 06 İyun 2026 · 11:59 1172 baxış İyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti və qarşıda duran […]

Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:26 1088 baxış Ayı balası gecə saatlarında küçədə sakinlərin kamerasına düşüb Elpress.az xəbər verir ki, Zaqatala rayonunun Qazangül qəsəbəsində ayı müşahidə olunub.Rayon mərkəzinə yaxın ərazidə bir neçə gün əvvəl […]

Samuxda qarayara ilə bağlı 9 nəfər izolyasiya edilib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:15 1066 baxış Xəstə heyvanla təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb Elpress.az xəbər verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.Səhiyyə Nazirliyi, […]