Rüstəm Minnixanovun da daxil olduğu 10 şəxs və 17 qurum məhdudiyyətlərə məruz qalıb
Elpress.az xəbər verir ki, Avropa İttifaqı Şurası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanova qarşı sanksiya tətbiq edib.Məlumata görə, məhdudiyyətlərin tətbiqinə səbəb Minnixanovun Ukraynadakı münaqişə zonasından uşaqların təxliyəsində iştirak etməsi olub.Yeni sanksiya siyahısına ümumilikdə 10 şəxs və 17 təşkilat daxil edilib.Məhdudiyyətlər çərçivəsində fiziki şəxslərin və təşkilatların Aİ ərazisindəki aktivlərinin dondurulması və onların Avropa İttifaqına girişinə qadağa qoyulması nəzərdə tutulur.Sanksiyaların əhatə etdiyi qurumlar arasında Rusiya və Şimali Koreyada fəaliyyət göstərən uşaq və gənclər üçün idman düşərgələrinin də olduğu bildirilib.


