--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

TDT dini liderlərinin Bakı görüşündə bəyannamə qəbul edilib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:00 1106 baxış

Bakı Bəyannaməsində terrorizm, ekstremizm və dini ayrı-seçkiliyə qarşı birgə mübarizəyə çağırış edilib

Elpress.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı Bəyannaməsi qəbul edilib.Bəyannamədə TDT-yə üzv dövlətlərin müsəlman dini idarələrinin terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarının qarşısının alınması istiqamətində birgə səyləri davam etdirəcəyi bildirilib.Sənəddə Türk-İslam mənəviyyatı və mədəniyyətinin imkanlarından istifadə etməklə sülh və rifahın möhkəmləndirilməsi, gənclərin maarifləndirilməsi, dini təhsilin inkişafı və elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.Bəyannamədə qadın və uşaq hüquqlarının müdafiəsi, gənclərin dini maarifləndirilməsi, zərərli təbliğat və ideoloji təxribatların qarşısının alınması ilə bağlı əməkdaşlığın gücləndirilməsi də nəzərdə tutulub.Tərəflər dini ədəbiyyatın türk dövlətlərinin dillərinə tərcüməsi, birgə seminar, konfrans və simpoziumların keçirilməsi, həmçinin Türk dünyasının tarixi və dini irsinin gənc nəsillərə çatdırılması istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.Bəyannamədə TDT-nin Baş katibi Kubanıçbek Omuralievin Şuranın fəaliyyətinə verdiyi töhfələr yüksək qiymətləndirilib və onun gələcək fəaliyyətinə uğurlar arzulanıb.Nümayəndə heyətlərinin rəhbərləri görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə və hökumətinə, həmçinin hazırlıq və koordinasiya prosesinə verdiyi töhfəyə görə TDT Katibliyinə təşəkkür ediblər.Bakı Bəyannaməsi 14 sentyabr 2026-cı ildə Bakı şəhərində qəbul edilərək imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Next Article

Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hakan Fidan Azərbaycana səfər edəcək

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 14:30 1144 baxış Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirak etmək üçün Azərbaycana gələcək. Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi […]

Allahşükür Paşazadə süni intellektdən danışdı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:30 1164 baxış QMİ sədri süni intellektdən istifadə zamanı mənəvi və dini dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Elpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” […]