Elpress.az xəbər verir ki, sentyabrın 29-u Azərbaycanda Turizm İşçiləri Günü kimi qeyd olunur.
Peşə bayramının bu tarixdə keçirilməsi ilə bağlı qərar müvafiq sərəncama edilən dəyişiklikdən sonra qüvvəyə minib.
Azərbaycanda turizm sektorunun inkişafı, bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və ölkənin turizm potensialının daha geniş şəkildə tanıdılması istiqamətində son illərdə müxtəlif tədbirlər həyata keçirilib.
2018-ci il aprelin 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması da turizm sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri olub.
Bu əlamətdar gün münasibətilə ölkənin turizm sektorunda çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.


