--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:41 1038 baxış

Tərəflər sərhədkeçmə proseslərinin sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib.Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi ilə bağlı Türkiyənin təcrübəsinin öyrənilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi məsələləri müzakirə olunub.Tərəflər TIR və e-TIR mexanizmlərinin tətbiqi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidin təmin edilməsi və yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması barədə fikir mübadiləsi aparıblar.İclasda gömrük sahəsində məlumat mübadiləsinin genişləndirilməsi, hüquqpozmalarla mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası və risklərin idarəedilməsi istiqamətləri də diqqət mərkəzində olub.Bundan əlavə, qabaqcıl təcrübələrin qarşılıqlı öyrənilməsi, birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanları nəzərdən keçirilib.Görüşün sonunda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Next Article

İspan diplomat İsrail XİN-ə çağırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Birjada qaz ucuzlaşdı

Aysel Əlibəyli 08 İyun 2026 · 09:39 1114 baxış Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçersləri ucuzlaşıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti […]

Azərbaycan neftinin qiymətində kəskin artım qeydə alındı

Aysel Əlibəyli 30 İyul 2026 · 12:06 1086 baxış Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Elpress.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin dəyəri əvvəlki ticarət sessiyası ilə müqayisədə 6,97 ABŞ […]

Qubada almanın qiyməti kəskin düşdü

Aysel Əlibəyli 31 İyul 2026 · 12:37 1072 baxış Yağıntılar Quba alma bağlarına zərər vurdu: fermerlər böyük itki ilə üzləşib Elpress.az xəbər verir ki, Qubada əlverişsiz hava şəraiti almaçılıq təsərrüfatlarına ciddi ziyan vurub. Güclü yağışlar […]