Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu qəbul edib.
Görüş zamanı Azərbaycan ilə FIFA arasında əməkdaşlıq, ölkədə futbolun inkişafı və beynəlxalq futbol təşkilatı ilə qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsinin aparıldığı bildirilib.
Qeyd edək ki, Canni İnfantino FIFA-nın rəhbəri kimi Azərbaycanla futbol sahəsində əməkdaşlığın inkişafında iştirak edən əsas beynəlxalq idman rəsmilərindən biridir.
Elpress.az xəbər verir ki, görüş Bakıda baş tutub.


