--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1110 baxış

Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks etdirən “Patriarx Hermogenin polyakların nizamnaməsini imzalamaqdan imtina etməsi” tablosudur.

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Bu gün görkəmli rus rəssamı Pavel Çistyakovun anım günüdür. 1832–1919-cu illərdə yaşamış sənətkar XIX əsr rus təsviri sənətinin ən nüfuzlu pedaqoqlarından biri olmaqla yanaşı, realist rəngkarlıq məktəbinin aparıcı simalarından hesab edilir. İlya Repin, Valentin Serov və Mixail Vrubel kimi tanınmış rəssamların müəllimi olan Çistyakov öz tələbələrinə forma dəqiqliyini, psixoloji dərinliyi və tarixi hadisələrin bədii təhlilini aşılayıb.Rəssamın ən diqqətçəkən əsərlərindən biri “Patriarx Hermogenin polyakların nizamnaməsini imzalamaqdan imtina etməsi” tablosudur. Əsərdə Rusiyanın “Qarışıqlıq dövrü”nün ən dramatik hadisələrindən biri – Patriarx Hermogenin polyak işğalçılarının tələblərinə boyun əyməməsi təsvir edilir.Kompozisiyanın mərkəzində yer alan Hermogen fiziki baxımdan zəif təsvir olunsa da, qətiyyətli baxışları və yuxarı qaldırdığı əli onun sarsılmaz iradəsini və mənəvi gücünü nümayiş etdirir. Rəssam patriarxın ətrafındakı polyak zadəganlarını və satqın boyarları parlaq geyimlər və zəngin rəng çalarları ilə təqdim edərək zahiri dəbdəbə ilə mənəvi boşluq arasındakı ziddiyyəti ön plana çıxarır.Çistyakov işıq və kölgə oyunundan məharətlə istifadə edərək patriarxın simasını tablonun əsas mənəvi mərkəzinə çevirib. Qaranlıq hücrədə onun ağ saçları və işıqlı çöhrəsi sanki həqiqətin və inamın rəmzi kimi təqdim olunur. Personajların üz ifadələri, jestləri və məkanın dar kompozisiyası əsərin dramatizmini daha da gücləndirir.Sənətşünasların fikrincə, bu tablo yalnız tarixi hadisənin təsviri deyil, həm də vicdanın, milli və dini kimliyin zorakılıq və təzyiq qarşısında qalib gəlməsini əks etdirən fəlsəfi sənət nümunəsidir. Əsər bu gün də rus tarixi rəngkarlığının ən parlaq və təsirli nümunələrindən biri hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Next Article

Xameneinin dəfni ilə bağlı sensasiyalı iddia

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:10 1050 baxış Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi […]

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1042 baxış Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 1186 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]